"Borussiya" liderliyini qorudu, "Bavariya" səfərdə sevindi

"Borussiya" liderliyini qorudu, "Bavariya" səfərdə sevindi
DÜNYA FUTBOLU 21 Oktyabr 2018 / 01:20 2779
-  A +

Almaniya Bundesliqasında 8-ci turun daha 6 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, səfərdə "Ştutqart"ın qapısından 4 cavabsız top keçirən Dortmund "Borussiya"sı liderliyini qoruyub. İkinci pillədə qərarlaşan "Verder" də turu qələbə ilə başa vurub. Bremen təmsilçisi "Şalke"ni məğlub edib. Çempionluğa əsas namizəd "Bavariya" da səfər qələbəsinə sevinib. Münhen klubu "Volfsburq"u 3:1 hesabı ilə üstələyib.

Tura sabah yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 20 xalla Dortmund "Borussiya"sı başçılıq edir. 17 xallı "Verder" 2-ci, 16 xala malik "Bavariya" isə 3-cüdür.


21 oktyabr

Almaniya Bundesliqası, 8-ci tur

"Nürnberq" - "Hoffenhaym" - 1:3
Qollar:
Hanno Behrens, 18-pen - Reiss Nelson, 50, 57, Adam Salay, 67

"Bayer" - "Hannover" - 2:2
Qollar:
Lars Bender, 34, Kərim Belarabi, 90 - Floren Musliya, 25, Felipe, 54

"Auqsburq" - "Leyptsiq"

"Ştutqart" - "Borussiya" D - 0:4
Qollar:
Ceydon Sanço, 3, Marko Roys, 23, Pako Alkaser, 25, Maksimilian Filipp, 85

"Volfsburq" - "Bavariya"
Qollar:
Vaut Veqorst, 63 - Robert Levandovsi, 30, 48, Hames Rodriqes, 72

"Şalke" - "Verder" - 0:2
Qollar:
Maksimilian Eqqeştayn, 43, 66


21 oktyabr

"Herta" - "Frayburq"

"Borussiya" M - "Maynts"


19 oktyabr

"Ayntraxt" - "Fortuna" - 7:1


Son xəbərlər