Messi zədələndi - "El-Klassiko" öncəsi

Messi zədələndi - "El-Klassiko" öncəsi
DÜNYA FUTBOLU 21 Oktyabr 2018 / 00:16 5082
-  A +

"Barselona" İspaniya La Liqasının 9-cu turunun "Sevilya" ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi 26-cı dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan argentinalı futbolçu oyunu davam etdirə bilməyib və Usman Dembele ilə əvəzlənib.

Qeyd edək ki, Messi komandası 2:0 hesabı ilə öndə olarkən zədələnib. Maraqlıdır ki, buna qədər "Barselona"nın hər iki qolunda onun əməyi olub. 2-ci dəqiqədə Filippe Koutinyoya məhsuldar ötürmə edən forvard 10 dəqiqə sonra özü fərqlənib.

Xatırladaq ki, "Barselona" növbəti oyununu oktyabrın 24-də Çempionlar Liqasında "İnter"ə qarşı keçirəcək. Kataloniyalılar 4 gün sonra isə "El-Klassiko"da "Real"la üz-üzə gələcəklər. Messinin həmin oyunlarda oynayıb-oynamayacağı tibbi müayinədən sonra bilinəcək.


Son xəbərlər