Allan Lalin İspaniyadan «Xəzər Lənkəran»a ismarıc göndərdi

Allan Lalin İspaniyadan «Xəzər Lənkəran»a ismarıc göndərdi
ÖLKƏ FUTBOLU 3 İyun 2010 / 12:54 4461
-  A +

«Xəzər Lənkəran» klubunun honduraslı hücumçusu Allan Lalin hazırda ailəsilə birgə İspaniyada istirahət edir. Qol.Az-ın Hondurasın «La Tribuna» qəzetinə istinadən verdiyi məlumata görə, bu il iyunun 30-da «Xəzər Lənkəran»la müqaviləsinin başa çatacağını deyən Lalin Azərbaycan təmsilçisindən müqavilənin müddətini uzatmaq üçün yeni təklif gözlədiyini bildirib. «Komandadan kənarlaşdırılan beş futbolçu arasında mənim adım yoxdur. Ümid edirəm ki, mən karyeramı «Xəzər Lənkəran»da davam etdirəcəyəm. «Xəzər Lənkəran» Avropa Liqasında oynamaq hüququ əldə edib. Mən bu komandanın Avropadakı uğurlarında məmnuniyyyətlə pay sahibi olmaq istərdim».
Allan Lalin adının Honduras millisinin tərkibində dünya çempionatına aparılacaq futbolçuların siyahısına daxil edilməməsindən məyusluğunu gizlətməyib: «Mən bilmirəm, onlar niyə belə addım atırlar».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi