“Danışmağa çox ehtiyac yoxdur. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. “Səbail”i təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 8-ci turunda "Səbail"ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
- Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri var idimi?
- Xeyr.
- Bunda məsul şəxs kimdir?
- Əlbəttə ki, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə ki, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır. Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm.
- “Qarabağ”da ikinci dəfədi belə hal yaşanır. Görünür birinci səhvdən dərs çıxarılmayıb?
- Keçən dəfə legioner limitini pozmuşduq. Riçardı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas yerli futbolçudur. Onun adının yazılmaması taledir. O, əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb.
- “Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədir? Rahil Məmmədovun meydana çıxmamağı nə ilə bağlıdı?
- Rəşadın da, Yakubun da oynamağına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən.
- “Neftçi” də uduzdu. Ancaq yenə də liderlik mövqeyində qərarlaşacaq. Qarşıdakı turda da onlarla qarşılaşacaqsınız...
- Bu barədə heç nə demək istəmirəm. Texniki səhv mənə mənfi təsir etdi. “Vorskla” ilə matça qədər futbolçuları da hazırlamaq lazımdır. Çünki bu gün çox məyus idilər. Oyun proqramımız çox ağırdır. Ardıcıl 3 gündən bir oyunlarımız var. Ardından milli komandanın matçları gəlir. Futbolçuları həmin qarşılaşmalara düzgün hazırlamağa çalışacağıq. “Neftçi” barədə düşünmürəm. Heç oyunun gedişində də onların oyununu düşünmürdüm.
- Qoşunu döyüşə hazırlayan sərkərdə özünü bu sıx qrafikə kökləyə bilir?
- Əlbəttə çox ağırdır və çox yoruluram. Təkcə işləmək məni yormaz. Bəzən heç nədən məndə gərginlik yaradır. Texniki bir səhv, hansısa detal mənim fikrimi yayındırır. Bilsəm ki, diqqətim təkcə işdədir, yorğunluq olmur. Adicə məşqdə istədiklərimiz olanda özümüz həzz alırıq. Bəli, yorğunluq olur.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi