"Qarabağ"ı texniki məğlubiyyət gözləyir

"Qarabağ"ı texniki məğlubiyyət gözləyir
PREMYER LİQA 20 Oktyabr 2018 / 21:15 7607
-  A +

Topaz Premyer Liqanın 8-ci turunda bu gün “Səbail”lə qarşılaşan  "Qarabağ"a texniki məğlubiyyət verilə bilər.

Qol.az-ın məlumatına görə, buna səbəb Ağdam klubunun oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır.

Matçın protokolunda Abbas Hüseynovun adı göstərilməsə də, o, 2-ci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxıb. 
 
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər