"Vorskla" Bakıya uduzub gəlir

"Vorskla" Bakıya uduzub gəlir
DÜNYA FUTBOLU 20 Oktyabr 2018 / 19:51 1869
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Poltava təmsilçisi 12-ci turda Kiyev “Dinamo”sunu qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 40-cı dəqiqədə Viktor Tsyaqonkov vurub.

Qeyd edək ki, “Vorskla” 18 xalla 4-cü pillədə qərarlaşıb. “Dinamo” 29 xalla 2-cidir. Turnir cədvəlinə 31 xalla Donetsk “Şaxtyor”u başçılıq edir.

Xatırladaq ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 25-də, Bakıda məhz "Vorskla" ilə keçirəcək.

Son xəbərlər