Rəhim Həsənov “Qəbələ”nin təmiz penaltisini vermədi

Rəhim Həsənov “Qəbələ”nin təmiz penaltisini vermədi
PREMYER LİQA 20 Oktyabr 2018 / 17:57 2608
-  A +

Topaz Premyer Liqanın 8-ci turunun “Qəbələ” – “Neftçi” oyununda meydan sahibi komandanın təmiz penaltisi verilməyib.

Qol.az-ın xəbərinə görə, 45-ci dəqiqədə (hesab 1:0 “Qəbələ”nin xeyrinə olarkən) Təmkin Xəlilzadə rəqibin cərimə meydançasına daxil olub. Bu zaman “Neftçi”nin müdafiəçisi Rəşad Eyyubov T.Xəlilzadənin ayağına oynayıb və onun hücum etməsinin qarşısını alıb. Penaltinin olması videotəkrar zamanı da görünüb.

Amma matçın baş hakimi Rəhimov Həsənov bu açıq qayda pozuntusunu qeydə almayıb. FİFA referisinin bu addımı "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun etirazına səbəb olub.

Daha çox


Son xəbərlər