"Real" evdə uduzdu

"Real" evdə uduzdu
DÜNYA FUTBOLU 20 Oktyabr 2018 / 17:04 2926
-  A +

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, “Real” öz meydanında “Levante”ni qəbul edib.

Son vaxtlar uğursuz çıxışları ilə yadda qalan Madrid klubu bu görüşdə də xalsız qalıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “kral klubu” Çempionlar Liqasında SSKA-ya uduzduğu görüşlə birgə ardıcıl 5 oyundur qələbəyə həsrətdir.

“Real” – “Levante” – 1:2
Qollar:
Morales, 6 (0:1), Roger, 13 (0:2), Marselo, 72 (1:2)

“Real” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Levante” bu qələbə ilə xalını 13-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 17 xalla “Alaves” başçılıq edir.

 

 

Daha çox


Son xəbərlər
16.11.18  16:10

Ramos 100-ə çatdı