Marsyal növbəti təklifi də rədd etdi - Gedir

Marsyal növbəti təklifi də rədd etdi -<b style="color:red"> Gedir</b>
XƏBƏR 20 Oktyabr 2018 / 15:17 2681
-  A +

Mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq Antoni Marsyal komandadan getməkdə israrlıdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, franslı hücumçu mankunyanların yeni sözləşmə ilə bağlı növbəti təklifini də rədd edib. Joze Mourinyonun rəhbərliyi altında çıxış etmək istəməyən və oyun təcrübəsinin azlığından narazı qalan 22 yaşlı futbolçu artıq “qırmızı şeytanlar”ın formasını geyinmək niyyətində deyil. Ancaq Marsyalı buraxmaq istəməyən klub rəhbərliyinin qarşıdakı günlərdə ona yenidən müqavilə təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 5 oyun keçirib, 1 qola imza atan gənc forvardla “Yuventus” və “Tottenhem” yaxından maraqlanır.
 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki