«Saşa Yunisoğlunun qırmızı vərəqə alması məni hirsləndirdi»

«Saşa Yunisoğlunun qırmızı vərəqə alması məni hirsləndirdi»
XƏBƏR 3 İyun 2010 / 12:15 2041
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts müdafiəçi Saşa Yunisoğlunun dünən Hondurasa qarşı keçirilən yoldaşlıq matçında qırmızı vərəqə alaraq meydandan qovulmasından hiddətlənib. Qol.Az-ın məlumatına görə, jurnalistlərlə söhbətdə Berti Foqts «illi komanda Avstriyada 3 yoxlama oyunu keçirdi. Bunların hansından razı qaldınız» sualına cavabında bunları söyləyib: «Mən belə suallara cavab vermirəm. Məni bu toplanışda yalnız bir şey - Saşa Yunisoğlunun qırmızı vərəqə alması hirsləndirdi. O, lazımsız qayda pozuntusu etdi. Unutmayaq ki, Bakıda da futbolçularımız qalıb. Əfran İsmayılov, Rəşad Sadiqov, Araz Abdullayev gəlməyib. Vaqif Cavadov zədəli olduğu üçün oynamırdı. Təsəvvür edin ki, bu toplanışda 25 futbolçu var idi. Amma biz Almaniya ilə oyuna 20 futbolçu ilə gedəcəyik. Yəni, alternativ komanda var».


Son xəbərlər