"Liverpul"un oynamayan müdafiəçisi nəhənglərin hədəfində

"Liverpul"un oynamayan müdafiəçisi nəhənglərin hədəfində
XƏBƏR 20 Oktyabr 2018 / 10:53 2446
-  A +

“Liverpul”un müdafiəçisi Alberto Moreno “Real” və “Barselona”nın maraq dairəsinə düşüb.

Qol.az-ın “The Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, 2019-cu ilin yayında mersisaydlılarla müqaviləsi başa çatacaq ispan futbolçu karyerasını vətənində davam etdirə bilər. İspaniya nəhəngləri bu mövsüm ingilis klubunda heç bir oyun keçirməyən 26 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Moreno həm də “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal”ın da hədəfindədir.
 

Daha çox


Son xəbərlər