"Hələ "Qarabağ"ı təhlil etməmişik" – "Vorskla"nın hücumçusu

"Hələ "Qarabağ"ı təhlil etməmişik" – "Vorskla"nın hücumçusu
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2018 / 10:26 1470
-  A +

“Vorskla”nın hücumçusu Mixail Serqiyçuk Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 25-də Bakıda “Qarabağ”la keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın məlumatına görə, ukraynalı futbolçu “footboom” saytına geniş müsahibəsində Ağdam klubunu təhlil etmədiklərini bildirib:

“Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avroliqadakı matçlarının icmalını izləmişik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın