Bundesliqada yeni bombardir

Bundesliqada yeni bombardir
DÜNYA FUTBOLU 20 Oktyabr 2018 / 10:02 2855
-  A +

Bundesliqada bu mövsüm ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dünən 8-ci turun “Fortuna” ilə oyununda (7:1) penta-trik edən “Ayntraxt”ın hücumçusu Luka Yoviç 8 qolla bombardirlər yarısışnda zirvəyə yüksəlib. 20 yaşlı serbiyalıya qədər sıralamaya ehtiyatında 6 qol olan Dortmund “Borussiya”sının forvardı Pako Alkaser başçılıq edirdi.

Qeyd edək ki, Yoviç ötən mövsüm Bundesliqada keçirdiyi 22 oyunda 8 qol vurmuşdu. Bu mövsüm isə 8 tura həmin nəticəni təkrarlayıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı