"Ayntraxt" 7 qolla qalib gəldi

"Ayntraxt" 7 qolla qalib gəldi
DÜNYA FUTBOLU 20 Oktyabr 2018 / 01:20 2494
-  A +

Almaniya Bundesliqasında 8-ci tura start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə bir görüş keçirilib. Frankfurt "Ayntraxt"ı evdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla qalib gəliblər – 7:1. Luka Yoviç 5 qol vuraraq penta-trikə imza atıb.

19 oktyabr

“Ayntraxt” – “Fortuna” - 7:1
Qollar:
Haller, 20, 50, Yoviç, 26, 34, 55, 69, 72 – Lukebakio, 53.

Turun digər oyunları bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla Dortmund “Borussiya”sı başçılıq edir. “Leyptsiq”, “Borussiya” (Münhenqladbax), “Verder” və “Herta” isə 14 xalla 2-4-cü yerləri bölüşür.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı