Nazarov yenə əsas heyətə düşmədi

Nazarov yenə əsas heyətə düşmədi
XƏBƏR 19 Oktyabr 2018 / 22:51 2014
-  A +

Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu  "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Aue təmsilçisi 10-cu turda səfərdə “Dinamo" (Drezden) ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Dinamo" - "Erzgebirge" - 1:1
Qollar:
Riese, 24 (0:1), Kone, 26 (1:1)

Oyuna ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 75-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Erzgebirge” 11 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Əlavə edək ki, D.Nazarov bugünlərdə Almaniya mətbuatına verdiyi müsahibəsində ehtiyatda qalmağından narazılıq  etmişdi.


Son xəbərlər