Berti Foqts: "Təəssüf ki, Azərbaycan Karib hövzələrində yerləşmir"

Berti Foqts: "Təəssüf ki, Azərbaycan Karib hövzələrində yerləşmir"
MÜSAHİBƏ 3 İyun 2010 / 12:06 3106
-  A +

Azərbaycan yığması Avstriyada sonuncu yoldaşlıq görüşündə qüvvəsini sınadı. Dünya çempionatının iştirakçısı Hondurasla 0:0 hesabı ilə nəticələnən oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablandırıb.

- Mən ilk öncə onu deyə bilərəm ki, qol vurmaq üçün imkanlarımız oldu. Amma bundan istifadə edə bilmədik. Bizim üçün ilk növbədə belə havada oynamağa hazır olmaq lazımdır. Çünki seçmə mərhələ oyunu çərçivəsində Vyanana gələcəyik. Biz qələbə qazanmaq istəyirdik. Təəssüf ki, biz bu gün qol vura bilmədik. Bu, Avropada sonuncu yoldaşlıq görüşümüz idi. Növbəti oyun Bakıda Küveyt yığmasına qarşı olacaq. Həmin oyun seçmə mərhələdə almanlarla oyundan əvvəl son sınaq olacaq. Komandada artıq rəqabət var. Mənə maraqlıdır ki, seçmə mərhələ oyunlarında hansı futbolçular heyətə düşəcək.

- Əvvəllər komandamızın üç gündən bir oynamasının çətinlik yaratdığını vurğulayırdınız. Rəhbərlik etdiyiniz yığma Avstriyada 9 gündə 3 görüş keçirdi. Bu qarşılaşmalardan sonra hansısa irəliləyiş varmı?
- Sözsüz ki, biz yaxşı hazırlıq keçdik. Görürəm ki, irəliləyiş var. Qeyd etmək istəyirəm ki, mən 2012-ci ilədək öz proqramımı Peşəkar Futbol Liqasına vermişəm. Ümid edirəm ki, bu qurum bizə kömək edəcək. Ümidvaram ki, PFL bizə beynəlxalq oyunlara daha yaxşı hazırlaşmaq üçün kömək edəcək.

- Komandada daha çox hansı mövqedə rəqabət var?
- Rəqabət təkcə müdafiədə yox, qapıda, yarımmüdafiə və hücum xəttində də olacaq. Nəzərə alaq ki, belə havada Səlahət Ağayev üçün oynamaq asan deyildi. O 90 dəqiqə ərzində cəmi bir səhv etdi. Təəssüf ki, Azərbaycan Karib hövzələrində yerləşmir, yoxsa dünya çempionatına Honduras yox, biz gedərdik.

- Yığmanın hücum xəttində həmişə problem olub. Vaqif Cavadovla Araz Abdullayevin heyətə qayıtmasından sonra bu çatışmazlıq aradan qalxa bilərmi?
- Mənim artıq alternativ heyətim var. Fərid Quliyev zədəli olduğu üçüm oynamadı. Rauf Əliyevi isə bu toplanışda hər 3 oyunda forma geyinsə də, hələ təcrübəsi çatışmır. Günah hücumçularda deyil ki, onlar qol vura bilmirlər. Gərək yarımmüdafiəçilər onlara yaxşı ötürmələr versinlər. Bu səbəbdən bütün günahı hücumçuların üzərinə ata bilmərəm. Ümumiyyətlə, biz qapıya çox az zərbələr vururuq...

- Bəlkə problem yarımmüdafiə xəttindədir?
- Yarımmüdafiəçilər ön xətdəki futbolçuları topla yaxşı təmin edə bilmirlər. Çünki komanda gənclərdən təşkil olunub. Biz bunun üzərində işləyirik.

- Bəs Honduras yığmasının dünya çempionatında şansını necə dəyərləndirirsiniz?
- Onlar çox çətin qrupa düşüblər. 1/8 final mərhələsinə çıxmaq şansları çox azdır (apasport.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi