"Qarabağ"ın rəqibində daha bir zədəli futbolçu

"Qarabağ"ın rəqibində daha bir zədəli futbolçu
XƏBƏR 19 Oktyabr 2018 / 19:28 1347
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in futbolçusu Abdulay Diabi zədələnib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Lissabon baş məşqçisi Joze Pezeyru Portuqaliya kubokunda "Lores"lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında bildirib. O, 27 yaşlı hücumçunun Mali millisinin düşərgəsindən zədəli qayıtdığını söyləyib. Bu səbəbdən A.Diabi kubok matçı üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, "Sportinq”də Bas Dost və Rafinya da zədəlidir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın