Hazard qərarsızdır: "Bəzən qalmaq, bəzən də getmək istəyirəm"

 Hazard qərarsızdır:<b style="color:red"> "Bəzən qalmaq, bəzən də getmək istəyirəm" </b>
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 18:57 1765
-  A +

“Çelsi”nin futbolçusu Eden Hazard karyerasını İspaniyada davam etdirəcəyi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi hazırda çox qərarsız olduğunu bildirib:

"Çelsi”də çox xoşbəxt olduğumu deyə bilərəm. Müqaviləmin sonuna qədər burada qalmağı düşünürəm. Ancaq açığını deyim ki, hərdən çox qərarsız oluram. Bəzən qalmaq, bəzən də getmək istəyirəm. Hazırda azarkeşlər məni, mən də onları çox sevirəm. Gələcəkdə nə olsa da, onlarla mənim aramda olan münasibət dəyişməyəcək”.

Qeyd edək ki,  İspaniya mətbuatında Eden Hazardın yanvar ayında “Real”a keçəcəyi barədə xəbərlər yayılıb.
 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı