"Beşiktaş”da şok!

"Beşiktaş”da şok!
DÜNYA FUTBOLU 3 İyun 2010 / 12:00 2641
-  A +

“Beşiktaş” klubunda şok yaşanıb. Baş məşqçi Mustafa Dənizli səhhətindəki problemlərlə bağlı komandanın baş məşqçisi postundan gedib.

“Beşiktaş”ın rəhbərliyində yer alan Doğan Küçükemre NTV-yə açıqlamasında xəbəri təsdiqləyib və ən qısa zamanda yeni baş məşqçi ilə razılaşacaqlarını dilə gətirib.

Türkiyə mətbuatı yazır ki, gündəmdəki əsas namizəd alman Bernd Şusterdir. Artıq Bernd Şusterin “Beşiktaş”la müqaviləyə imza atdığı barədə də xəbərlər yayılıb. Bernd Şusterin menecerliyini həyata keçirən şirkətin Türkiyə təmsilçisi Aytekin Erayabakan alman məşqçinin”Beşiktaş”ın yeni baş məşqçisi olduğunu açıqlayıb (lent.az)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın