"Qəbələ" - "Neftçi": 47-ci duel

"Qəbələ" - "Neftçi": 47-ci duel
PREMYER LİQA 19 Oktyabr 2018 / 14:34 2136
-  A +

Bu həftə Topaz Premyer Liqasında II dövrəyə start veriləcək.
 
Qol.az xəbər verir ki, “Qəbələ” 8-ci turda “Neftçi” ilə qarşılaşacaq. Ev matçına çıxacaq “qırmızı-qaralar” 47-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 46 qarşılaşmada 16 qələbə qazanan “Qəbələ” 11 dəfə heç-heçə edib. Digər 19 görüşdə Bakı təmsilçisi qələbə qazanıb. Arxada qalan görüşlərdə rəqiblər eyni sayda – hərəyə 59 qol vurub.

“Qəbələ”nin öz meydanında keçirdiyi 22 görüşdə qonaqlar üstünlüyə malikdir. 7 qələbə və 5 heç-heçəsi olan komanda 10 dəfə məğlubiyyət alıb. Bu görüşlərdə "Qəbələ" futbolçuları 27 qol vurub, 30-nu buraxıb.

Komandalar arasındakı 46 görüşdən 41-i Premyer Liqa çərçivəsində baş tutub. Ölkə çempionatının 15 oyununda 3 xal qazanan “qırmızı-qaralar” 8 bərabərliklə kifayətlənib. 18 dəfə qalib gələn “Neftçi” top fərqində də öndədir – 53:52. (gabalafc.az)

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər