“Neftçi”nin sabiq baş məşqçisi “Astana”dan təklif alıb

“Neftçi”nin sabiq baş məşqçisi “Astana”dan təklif alıb
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 14:22 2762
-  A +

Roman Qriqorçukla yolları qeyri-rəsmi şəkildə ayıran “Astana” “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelaya təklif göndərib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, çexiyalı mütəxəssis millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan klubundan təklif aldığını təsdiqləsə də, bununla bağlı əlavə açıqlama verməyib.

Qeyd edək ki, “Astana”nın “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukla yolları ayırdığı bildirilir. Amma klub hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Vlastimil Petrjela 2007-2008-ci ildə “Neftçi”nin baş məşqçisi olub.

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı