"Qarabağ"ın legionerləri qayıtdı

"Qarabağ"ın legionerləri qayıtdı
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2018 / 13:56 1454
-  A +

Topaz Premyer Liqanın 8-ci turunda "Səbail"lə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda ötən gün növbəti məşqinə çıxıb.

Hazırlıqda İslandiya millisinə dəvət alan qapıçısı Hannes Halldorsson, Bolqarıstan və Konqo yığmalarında yer alan futbolçular - Simeon Slavçev və Con Delarj da iştirak edib

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 19:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər