"Birlik kuboku"nun təşkilatçıları 20 yanvar faciəsini anmağa icazə vermədilər (YENİLƏNİB)

"Birlik kuboku"nun təşkilatçıları 20 yanvar faciəsini anmağa icazə vermədilər (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 20 Yanvar 2009 / 18:31 3106
-  A +

“Birlik kuboku"nun təşkilatçıları Bakının «İnter» klubuna bu gün «Ventspils» komandasıyla oyundan əvvəl 20 yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə imkan verməyiblər. Bu barədə məlumatı Qol.Az-a «İnter»in məşqçisi Elxan Abdullayev bildirib: “Biz oyuna qolumuzda qara sarğı ilə çıxmışdıq. Bundan başqa, matçdan öncə 20 yanvar günü ilə bağlı 1 dəqiqəlik sükut da planlaşdırmışdıq. Amma təşkilatçılar buna imkan vermədilər. İstənilən halda komandamızın futbolçuları hakimin start fitindən öncə mərkəz dairəsi yaxınlığında təxminən 30 saniyə də olsa səssiz dayanaraq şəhidlərimizin xatirəsini yad etdilər”.

***

Qol.Az-ın əməkdaşıyla söhbətində məsələyə “İnter”in prezidenti Georgi Nikolov da münasibət bildirib: “Düzü mən Bakıda olduğumdan Moskvada nə baş verdiyindən xəbərsizəm. Dünən gecə klub nümayəndələri ilə danışdım və bir daha tapşırdım ki, meydançaya qara sarğı ilə çıxsınlar və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etsinlər. İndi siz deyirsiniz ki təşkilatçılar buna icazə verməyiblər. Düzdür, idmanla siyasət ayrı-ayrı şeylərdir. Amma bir məsələ də var ki, gərək hər bir dövlət digərinin faciəsinə hörmətlə yanaşşın. Şəxsən məndən olsa, heç bu gün meydançaya çıxmağın tərəfdarı deyildim. Ona görə ki, təmsil etdiyimiz dövlətdə matəm qeyd olunur. Sadəcə məcbur qaldıq, çünki turnirin reqlamentini dəyişə bilməzdik”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı