"Real"ın zədəli futbolçuları qayıtdı

"Real"ın zədəli futbolçuları qayıtdı
DÜNYA FUTBOLU 19 Oktyabr 2018 / 01:21 2075
-  A +

"Real"ın futbolçuları Marselo, Benzema, Marko Asensio, Qaret Beyl və Xesus Valyeho zədələrini sağaldıblar.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onlar komanda ilə ümumi məşqlərə qayıdıblar. Həmçinin kor bağırsağından əməliyyat olan İsko da məşqlərdə iştirak edib.

Adları qeyd olunan futbolçuların La Liqanın 9-cu turunda "Levante" ilə görüşdə oynaya biləcəyi vurğulanıb.

Xatırladaq ki, "Real" - "Levante" görüşü sabah keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı