Futbolçu axtarışına çıxan «Olimpik-Şüvəlan»ın nümayəndələri Honduras - Azərbaycan oyununu izlədi

Futbolçu axtarışına çıxan «Olimpik-Şüvəlan»ın nümayəndələri Honduras - Azərbaycan oyununu izlədi
XƏBƏR 3 İyun 2010 / 11:36 1657
-  A +

«Olimpik-Şüvəlan» klubunun prezidenti Vaqif Qasımov və baş məşqçisi Nazir Süleymanov dünən Avstriyada Honduras və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq görüşünü izləyiblər. Qol.Az-ın məlumatına görə, oyunun gedişatı zamanı N.Süleymanov bəzi qeydlər aparıb.
Klub yay transfer mövsümündə əsasən xarici ölkə yığma komandalarından bəzi futbolçuları heyətinə cəlb etmək istəyir. «Olimpik-Şüvəlan» rəsmilərinin Avstriyaya səfəri də məhz bu məqsədi daşıyır. Paytaxt təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirən Honduras, Makedoniya və Moldova komandalarının da oyunlarına baxıb. Bu klubun adları çəkilən ölkələrin komandalarından futbolçu transfer edəcəyi istisna olunmur.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı