"Günahdır" deyib qadınların stadiona getməsinə qadağa qoydular - İranda

"Günahdır" deyib qadınların stadiona getməsinə qadağa qoydular - İranda
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 15:45 2171
-  A +

İranın baş prokuroru Məhəmməd Cəfər ölkəsində qadınların futbol matçını stadiondan izləməsinə qadağa qoyub.

Qol.az-ın “Sovetski sport”a istinadən yaydığı xəbərə görə, Boliviya ilə Tehranda keçirilən yoxlama oyununu iranlı qadınların izləməsinə münasibət bildirərkən o deyib ki, əgər bu hal bir daha təkrarlansa, Tehran prokurorluğuna bununla bağlı tədbir görməyi əmr edəcək:

"Mən "Azadi" stadionunda qadınların olmasına qarşı idim. Biz müsəlman dövlətiyik. Qadınların stadionda kişiləri yarıçılpaq idman paltarları ilə görməyi günahdır.  Onların stadiona getməni dəstəkləyən istənilən məmur cəzalandırılacaq. Əgər bu, bir daha təkrarlansa, Tehran prokurorluğuna tədbir görməyi əmr edəcəyəm".

Qeyd edək ki, sözügedən görüşü təxminən 100 iranlı qadın stadiondan izləyib. Bu, 1979-cu ildən sonra ilk dəfə baş verib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı