"Rubin" avrokuboklardan kənarlaşdırıldı

"Rubin" avrokuboklardan kənarlaşdırıldı
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 14:30 3392
-  A +

Rusiyanın "Rubin” klubu  avrokuboklardan kənarlaşdırılıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna Kazan təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Qərara əsasən, qarşıdakı iki mövsüm ərzində, klub Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlara vəsiqə qazanacağı təqdirdə, bu turnirdə iştirak edə bilməyəcək.

Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatasının qəbul etdiyi vurğulanıb.

Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, "Rubin" hazırda Rusiya Premyer Liqasında 17 xalla 5-ci pillədə qərarlaşıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı