Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.
Bu barədə Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbdən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.
İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçumuz zədəlidir, beli sərpib".
Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib (Report).
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi