Berti Foqts: “Qol şanslarından istifadə edə bilmədik”

Berti Foqts: “Qol şanslarından istifadə edə bilmədik”
ÖLKƏ FUTBOLU 3 İyun 2010 / 11:00 2200
-  A +

«Oyun bərabər səviyyəli oldu. Ümumilikdə normal oynadıq. Qol vurmaq üçün şansımız olsa da, bundan istifadə edə bilmədik. Belə havada oynamaq çətin olsa da, vacibdir. Bu, ilk növbədə beynəlxalq miqyaslı rəsmi oyunlar üçün lazımdır”. Qol.Az-ın məlumatına görə, Honduras yığması ilə heç-heçə (0:0) başa çatan yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini belə deyib. O, rəqibin mundial iştirakçısı olmasına baxmayaraq, qələbə qazanmaq istədiklərini söyləyib: “İkinci hissədə daha yaxşı oynadıq. Ancaq müdafiəçi Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunumuza mənfi təsir göstərdi. Qapıçı Səlahət Ağayevin oyunundan razı qaldım. Millinin heyətində ilk dəfə meydana çıxmasına baxmayaraq, özünü yaxşı mənada göstərə bildi. Onun yağışlı havada keçən oyunda yalnız bir səhvi oldu. Bu gün tam heyətlə oynamadığımızı da nəzərə almalıyıq. Hücumçular Fərid Quliyevlə Vaqif Cavadov zədə üzündən oynamadı, Rəşad Sadiqovla Əfran İsmayılov isə bu səbəbdən toplanışdan kənarda qaldı».

Daha çox


Son xəbərlər