İdman tarixində rekord müqavilə

İdman tarixində rekord müqavilə
XƏBƏR 18 Oktyabr 2018 / 01:55 5323
-  A +

Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.

O,  DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək.

Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, Saulun əməkdaşlıq çərçivəsində ilk döyüşü dekabrın 15-də Britaniya idmançısı Roki Fildinqə qarşı olacaq.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı