Bolt Maltada oynamaq istəmədi

Bolt Maltada oynamaq istəmədi
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 19:51 3667
-  A +

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu,  Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners"in hücumçusu Useyn Bolt Maltanın "Valletta" klubunun peşəkar müqavilə imzalamaq təklifini rədd edib.

Qol.az-n "ESPN"ə istinadən yaydığı xəbərə görə, bu barədə yamaykalı oyunçunun agenti Rikki Simms məlumat verib: "Bolta futbolçu kimi böyük maraq var. Biz daim təkliflər alırıq. Bolt karyerasının Maltada davam etdirmək istəmir".

Qeyd edək ki, Bolt "Makartur Saut Vest Yunayted"əqarşı yoldaşlıq oyununda start heyətində meydana çıxıb və dubla edib.


Son xəbərlər