"Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi

"Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi
XƏBƏR 17 Oktyabr 2018 / 19:29 2397
-  A +

"Vorskla" çiynindən əməliyyat olunan futbolçusu Aleksandr Kobaxidzenin son durumu ilə bağlı məlumat yayıb.

Qol.az-ın Poltava klubunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, gürcü yarımmüdafiəçinin dekabrda yaşıl meydanlardan qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı dəqiq buraxacaq.

A.Kobaxidzenin dekabrda "Sportinq"lə görüşdə oynayıb-oynamayacağı isə məlum deyil.

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı