Məşqçilərin yeni reytinqi: Qurban Qurbanov neçəncidir?

Məşqçilərin yeni reytinqi: Qurban Qurbanov neçəncidir?
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2018 / 18:12 5055
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə mövqeyində dəyişiklik baş verməyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord