AFFA ukraynalı məşqçinin cəzasını azaltdı

AFFA ukraynalı məşqçinin cəzasını azaltdı
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2018 / 17:48 1534
-  A +

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra “Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

“Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

Qeyd edək ki, Dioçenko artıq “Sumqayıt”la yollarını ayırıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki