İbrahim Şehiç "Qalatasaray"a keçə bilər

İbrahim Şehiç "Qalatasaray"a keçə bilər
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 14:55 5990
-  A +

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə cəlb edə bilər.

Qol.az-ın "Fotomaç"a istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Şehiçi əsas qapıçısı Fernando Musleranın əvəzləyicisi kimi komandaya dəvət etmək istəyir.

Bildirilir ki, “Ərzurumspor”da maaşını ala bilməyən bosniyalı qapıçının qış fasiləsində klubdan ayrılmağa hazırdır. Bu ayrılıq baş versə, "sarı-qırmızılar" 30 yaşlı qolkiperi transfer edəcək.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edən Şehiç bu mövsüm "Ərzurumspor"un heyətində 6 Superliqa matçına çıxıb və 5 qol buraxıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord