Avstraliya da heyətini açıqladı

Avstraliya da heyətini açıqladı
XƏBƏR 2 İyun 2010 / 18:33 2112
-  A +

Avstraliya da dünya çempionatında iştirak üçün son heyətini açıqlayıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Pim Verbek mundialda aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək:
Qapıçılar: Adam Federiçi (“Ridinq” İngiltərə), Bred Couns (“Middlsbro”, İngiltərə), Mark Şvarçer (“Fulhem” İngiltərə);
Müdafiəçilər: Maykl Boşam (“Əl-Cəzirə”, BƏƏ), Devid Karni (“Tvente”, Hollandiya), Skot Çipperfild (“Bazel”, İsveçrə), Şeyn Louri (“Aston Villa”, İngiltərə), Mark Milliqan (“Cef Yunayted”, Yaponiya), Kreyh Mur (klubsuz), Lukas Nil (“Qalatasaray”, Türkiyə), Luk Uilkşir (“Dinamo”, Rusiya);
Yarımmüdafiəçilər: Mark Breşiano (“Palermo”, İtaliya), Tim Kexill (“Everton”, İngiltərə), Ceyson Kulina (“Qold Koust”), Brett Emerton, Lins Qrella (hər ikisi “Blekbörn”, İngiltərə), Riçard Qarsiya (“Hall Siti”, İngiltərə), Brett Holman (AZ Alkmar, Hollandiya), Mayl Yedinak (“Antalyaspor”, Türkiyə), Karl Valeri (“Sasuolo”, İtaliya);
Hücumçular: Coşua Kennedi (“Naqoya”, Yaponiya), Harri Kyuell (“Qalatasaray”, Türkiyə), Nikita Rukaviça (“Tvente” Hollandiya).


Son xəbərlər