"Biz robot deyilik" - Simeon Slavçev

"Biz robot deyilik" - Simeon Slavçev
XƏBƏR 17 Oktyabr 2018 / 10:12 2116
-  A +

“Bu 90 dəqiqənin indiyə qədər olan oyunları silməsinə imkan verməyəcəyik. Başımızı aşağı salmamalıyıq. Paltardəyişmə otağında hər zamankından daha güclü olacağıq. Komandamız böyük potensiala sahibdir".

Qol.az-ın "Topsport"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində  UEFA Millətlər Liqasının 4-cü turunda Norveçlə oyundan (0:1) sonra deyib.

"Komandanın mənfi şəkildə danışmasına icazə verməyəcəyik. Biz robot deyilik. Amma bir komanda şəklində yumruğumuzu vuracağıq” - deyə o bildirib.

Qeyd edək ki, Bolqarıstan qrupunda 9 xalla 2-ci pillədə qərarlaşıb. Lider Norveçin də eyni sayda xalı var.

Xatırladaq ki, S.Slavçev sözügedən görüşdə 58 dəqiqə meydanda olub.  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı