"Qalatasaray" Fatih Terimlə müqaviləni uzatdı

"Qalatasaray" Fatih Terimlə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 16 Oktyabr 2018 / 20:09 1903
-  A +

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqaviləni  uzadıb.

Qol.az-ın “NTV Spor”a  istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna qədər İstanbul klubunu çalışdıracaq. Terimin əvvəlki sözləşməsi 2019-cu ilin mayına kimi idi.

Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”a baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Superliqanın qalibi olub.

Son xəbərlər