"İnter"in Çempionlar Liqasındakı bütün mümkün rəqibləri məlum oldu

"İnter"in Çempionlar Liqasındakı bütün mümkün rəqibləri məlum oldu
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 17:33 2758
-  A +

Bu mövsüm UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Unibank Premyer Liqasının qalibi "İnter"in bütün mümkün rəqibləri məlum olub. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq baş məşqçi Kaxaber Sxadadzenin komandası səpələnməmiş klublar arasında yer alacaq. İyunun 21-də saat 15:00-da UEFA-nın Nyon şəhərində keçiriləcək püşkatma mərasimi aşağıdakı klublardan birini "İnter"ə rəqib edəcək:
"Hapoel" (Tel-Aviv, İsrail), "Sparta" (Çexiya), "Rosenborq" (Norveç), "Red Bull Salzburq" (Avstriya), "Liteks" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Partizan" (Serbiya), "BATE" (Belorusiya), "Lech" (Polşa), "Jilina" (Slovakiya), "Şerif" (Moldova), "Debrecen" (Macarıstan), "Omonia" (Kipr), "AİK" (İsveç), "Bohemians" (İrlandiya), "Ekranas" (Litva) və "Aktobe" (Qazaxıstan).
Qeyd edək ki, bu mərhələnin ilk oyunları 13-14 iyul, cavab oyunları isə 20-21 iyul tarixlərində keçiriləcək

Daha çox


Son xəbərlər