“Turan” ın futbolçuları maaşlarını ala bilmirlər

XƏBƏR 20 Yanvar 2009 / 16:28 2579
-  A +

Qol.Az-ın məlumatına görə Premyer Liqanın autsayderi “Turan” nəinki sponspor tapıb, əksinə futbolçuların ötən ildən qalan borclarını da ödəməyib. Klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyev məlumatı təsdiqləyib: “Bu gün iddialı klublarımızın futbolçularının maaşlarında belə ləngimələr olur. Bu mənada “Turan”da da analoji problemin olması təbiidir. Üstəlik hələ də komandaya sponsor tapılmayıb və «Turan»ı yerli əhalinin hesabına saxlayırıq. Bununla belə yaxın günlərdə oyunçuların maaşları ödəniləcək”.

  


Son xəbərlər