"Arsenal" "Atletiko"dan futbolçu alır

"Arsenal" "Atletiko"dan futbolçu alır
DÜNYA FUTBOLU 16 Oktyabr 2018 / 15:00 1860
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" "Atletiko"nun futbolçusu Tomas Partini transfer etmək istəyir.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, London klubu ilə yanaşı, PSJ də 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.  Qanalı futbolçunun Madrid klubunda az oynadığı üçün karyerasını başqa klubda davam etdirməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, T.Partinin "Atletiko" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır. Onun təzminat qiyməti 50 milyon avrodur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı