Rusiyada “Zenit”in futbolçusu Aleksandr Kokorin və “Krasnodar”lı Pavel Mamayevin xuliqanlığa görə həbsi məsələsi gündəmdən düşmək bilmir.
Qol.az-ın xəbərinə görə, bu dəfə “Sputnik” agentliyi MDB ölkələri, o cümlədən Azərbaycanın ən güclü klublarının nümayəndələrinə belə bir sual ünvanlayıb ki, adları çəkilən futbolçuları həbsdən çıxdıqdan sonra transfer edərlərmi?
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Kokorin və Mamayevin hərəkətlərini qınasa da, bildirir ki, belə halla istənilən insan üzləşə bilər: “Sadəcə, futbolçular hər zaman üzdə olur, ona görə də daha çox müzakirə edilirlər. Hər ikisinin səviyyəli futbolçu olduğunu nəzərə alsaq, nəinki “Qarabağ”, Azərbaycanda hər bir klub onları heyətində görmək istəyər. Sadəcə, bizim ölkənin klublarının bunun üçün lazımi vəsaiti yoxdur. Onlar ilinə 3-4 milyon dollar pul alırlar. Bu isə Azərbaycanın bir çox klubunun illik büdcəsindən çoxdur. Amma onu da qeyd etməliyəm ki, “Qarabağ” futbolçu almazdan əvvəl onun keçirdiyi həyat tərziylə də maraqlanıb qərar verir”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bildirir ki, onlar ilk növbədə peşəkarlığa önəm verirlər: “Bizim klubda bütün futbolçular başa düşür ki, “Neftçi”də oynayırsansa, deməli, cəmiyyətdə nümunə olmalısan. Hazırda “Zenit” və “Krasnodar” “Neftçi” kimi eyni peşəkar səviyyədədirlər. “Zenit”lə “Neftçi” arasında fərq yalnız büdcədə ola bilər. O ki qaldı adıçəkilən futbolçulara, onlara “Neftçi”də yer yoxdur və klub bu futbolçularla əməkdaşlıq etməyəcək”.
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə deyir ki, futbolçu transfer etməzdən əvvəl onların idmançı keyfiyyəti ilə yanaşı futboldankənar davranışları ilə də maraqlanır: “Bizim klubda daxili nizam-intizam qaydalarına və ünsiyyət normalarına xüsusi önəm verilir. Futbolçu ictimai fiqurdur. Hər hərəkətinə görə, klub və azarkeşlər qarşısında məsuliyyət daşıyır. Hesab edirəm ki, məsuliyyətsiz futbolçu heç bir kluba, o cümlədən də bizə fayda verə bilməz”.
Xatırladaq ki, Kokorin və Mamayev bugünlərdə sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli bilinir. Artıq onların barəsində məhkəmə qərarı ilə bu il dekabrın 8-nə kimi həbs-qətimkan tədbiri seçilib. Göstərilən tarixə olan müddətə tərəflər barışıq əldə etməsələr, futboçular barədə 7 ilədək həbs cəzasının çıxarılacağı istsna olunmur.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq