Mahir Şükürov: “Belə məşqlərin mütəmadi keçirilməsi xeyrimizədir”

Mahir Şükürov: “Belə məşqlərin mütəmadi keçirilməsi xeyrimizədir”
XƏBƏR 2 İyun 2010 / 17:28 1706
-  A +

“Milli komandada oynayan hər bir futbolçu buna görə böyük fəxr hissi keçirir. Bu, eyni zamanda böyük məsuliyyət tələb edir”. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri millimizin və Rusiya “Anji”sinin futbolçusu Mahir Şükürov deyib.
Avstriyadakı təlim-məşq toplanışının gedişatından danışan milli üzvü daha sonra bunları söyləyib: “Mən legioner həyatı yaşasam da millinin oyunlarını səbirsizliklə gözləyirəm. Komandaya yeni gənc futbolçuların cəlb olunması da əhval-ruhiyyəni xeyli artırıb. Doğrudur, üç gündən bir oyun keçirmək nə qədər çətin olsa da, biz bunun öhdəsindən gəlməliyik. Çünki, komandanın fiziki hazırlığı lazımi səviyyədə deyil. Buna görə də, belə məşqlərin mütəmadi keçirilməsi bizim xeyrimizədir. Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərimizin gücü hamıya bəllidir. İnşallah, biz də bu mərhələdə öz gücümüzü göstərmək fikrindəyik. Mən belə gözəl təşkilatçılığa və şəraitə görə AFFA-ya öz minnətdarlığımı bildirirəm. İnanıram ki, biz də onlara layiq olmağa çalışacağıq”.      


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı