“Sumqayıt” – “Sabah” oyununun stadionu dəyişdirildi

“Sumqayıt” – “Sabah” oyununun stadionu dəyişdirildi
PREMYER LİQA 16 Oktyabr 2018 / 11:25 1869
-  A +

Topaz Premyer Liqasının 8-ci turunun oyun proqramında dəyişiklik edilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt”ın rəsmi məktubuna əsasən, “Sumqayıt” – “Sabah” görüşünün yerinin dəyişdirilməsinə qərar verilib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Bayıl Arena”da yox, “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 21-i saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər