“Bakı”nın oyunçusu: “Azərbaycanla oyunda qələbə qazanmağı çox istəyirdik”

“Bakı”nın oyunçusu: “Azərbaycanla oyunda qələbə qazanmağı çox istəyirdik”
XƏBƏR 2 İyun 2010 / 17:15 1878
-  A +

“Avstriyadakı təlim-məşq toplanışımız daha çox tanışlıq xarakteri daşıyırdı. Çoxlu yeni futbolçular var idi. Əlbəttə, biz həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə keçirdiyimiz yoldaşlıq görüşündə qələbə qazanmağı çox istəyirdik”. Qol.Az-ın məlumatına görə, bu fikirləri Moldova yığmasının futbolçusu Aleksey Savinov ölkəsinin mətbuatına açıqlamasında deyib.
“Bakı” klubunun şərəfini qoruyan təcrübəli müdafiəçi Avstriyada yığmamızla görüşün ikinci hissəsində meydana daxil oldu. Savinovun fikrincə, həm Azərbaycan (1:1), həm də Birləşmiş Ərəb Əmirlikləri (2:3) ilə görüşdə qələbəyə layiq olublar: “Ola bilər ki, hardasa nəsə alınmadı. Hərçənd biz qələbə qazana bilərdik. Komandamızın səviyyəsini nəzərə alsaq, bunu reallaşdırmalı idik. Ancaq yalnız öz səhvlərimizdən qalib gələ bilmədik. Allah etsin ki, bu, rəsmi oyunlarda təkrarlanmasın”.
Son günlərə gərgin qrafikdə olan Savinov özünü elə də yorğun hiss etmir: “Nə etmək, futbol həyatımızdır. Mayın 23-də Azərbaycan kubokunun finalında oynamışam, 24-də Kişinyova uçmuşam, axşam yığma ilə birgə Avstriyaya gəlmişəm. Mayın 26-da isə Azərbaycanla oynamışam. Bu, bizim həyatdır və gileylənməli deyilik. Bizim səviyyəsinə çatmalı olduğumuz futbolçular qədər ağır qrafikimiz yoxdur. İngiltərədə futbolçular bir mövsümdə 80 oyun keçirirlər! Buna görə biz şikayətlənməməli, əksinə, daha çox oynamağa can atmalıyıq. Biz yüksək səviyyəyə çatmağa çalışmalıyıq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı