"Liverpul"dan gedir - danışıqlar uğursuz nəticələndi

"Liverpul"dan gedir - danışıqlar uğursuz nəticələndi
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 19:25 4001
-  A +

"Liverpul"un futbolçusu Alberto Moreno bu yay İngiltərə klubundan ayrılacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar uğursuz nəticələnib.

Xəbərdə A.Morenonun start heyətdə ona az şans verilməsindən narazı olduğu bildirilib.

Qeyd edək ki, A.Moreno 2014-cü ildən "Liverpul"da oynayır.


Son xəbərlər