Arda Turan həbs oluna bilər

Arda Turan həbs oluna bilər
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 17:03 2911
-  A +

"Başakşəhər"in yarımmüdafiəçisi Arda Turan həbs oluna bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Ardanın əvvəlcə gecə klubunda vurduğu, ardınca isə xəstəxanaya gedərək, silahla təhdid etdiyi müğənni Berkay Şahinin vəkili məhkəməyə ünvanladığı şikayətdə futbolçunun həbs olunmasını istəyib. Müğənni özü də mətbuata son açıqlamasında Ardaya lazımi cəzanın veriləcəyini inandığını bildirib.

Qeyd edək ki, iddiaya görə, Arda gecə klubunda Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb və futbolçu kəllə ilə müğənninin burnunu qırıb. Ürəyi soyumayan Türkiyə millisinin üzvü xəstəxanaya gedərək, Berkayı silahla təhdid edib. Hətta onun atəş açdığı da bildirilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın