Saşa Yunisoğlu ittihamları cavabladı: “Bu, sadəcə gülməlidir”

Saşa Yunisoğlu ittihamları cavabladı: “Bu, sadəcə gülməlidir”
XƏBƏR 2 İyun 2010 / 16:45 2064
-  A +

“Avstriyada həbs olunmağımla bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunlar başdan ayağı şər, iftiradır”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin və “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlu deyib.
Son günlər ölkə mətbuatında 25 yaşlı futbolçunun Avstriyada polis tərəfindən həbs olunması ilə bağlı xəbər yer alıb. Deyilənə görə, o, valyuta mübadiləsi məntəqəsində dəyişdirdiyi 500 avro saxta olduğuna görə tutulub. Lakin Yunisoğlu məsələylə bağlı bu gün Avstriyada keçirdiyi mətbuat konfransında haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib: “Özünüz də gördüyünüz kimi, bütün günü yığma ilə birgə oluram, məşqlərdə iştirak edirəm. Edilən fotosessiyalar da buna sübutdur. Mən komandadan ayrı heç yerə getməmişəm. Yalnız bir dəfə alış-verişə getmişəm ki, onda da komanda ilə birgə olmuşam. Bundan əlavə, üstümdə 500 avro olmayıb. Mən burada nağd puldan yox, kredit kartından istifadə edirəm. Bunu nəzərə alsaq, saxta pulla tutulmağım haqda deyilənlər gülməlidir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın