"Mançester Yunayted"dən müdafiəçisinə yeni müqavilə

"Mançester Yunayted"dən müdafiəçisinə yeni müqavilə
XƏBƏR 15 Oktyabr 2018 / 16:10 1272
-  A +

Lyuk Şou "Mançester Yunayted"lə müqaviləsinin müddətini uzada bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" 23 yaşlı futbolçuya yeni sözləşmə təklif edib. İddiaya görə, artıq tərəflər arasında demək olar ki, bütün detallar razılaşdırılıb. Yalnız maliyyə məsələsi qalıb ki, bunun da tezliklə həll olunacağı gözlənilir.

Qeyd edək ki, 2014-cü ildə "Sauthempton"dan "Mançester Yunayted"ə keçən Şounun müqaviləsi 2019-cu ilin iyununda başa çatır. Hazırkı anlaşmaya əsasən, ingilis futbolçu həftəsinə 100 min funt-sterlinq qazanır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı