Bolt dopinq-testə çağırıldı

Bolt dopinq-testə çağırıldı
XƏBƏR 15 Oktyabr 2018 / 15:40 2053
-  A +

Məşhur yamaykalı atlet Useyn Bolt Avstraliya Dopinqlə Mübarizə Agentliyi tərəfindən dopinq testinə çağırılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə o, şəxsi "İnstaqram" hesabında məlumat verib. Hələlik futbolçu kimi çıxış etdiyi "Sentral Kost Mariners" klubu ilə peşəkar müqavilə bağlamdığını bildirən Bolt nə üçün dopint-testdən keçməli olduğunu başa düşmədiyini deyib:

"Dostlar, mən futbolçu olmaq üçün yüngül atletika karyeramı bitirmişəm. Hələ peşəkar müqavilə bağlamamışam. Sizcə, dopinq-test verməliyəm? Agentliyin əməkdaşından bunun səbəbini soruşdum, mənə dedilər ki, sən yüksək səviyyəli idmançısan. Ona görə də bu testdən keçməlisən. Mən də dedim, yaxşı, necə istəyirsiniz".

Qeyd edək ki, yüngül atletika üzrə 8 dəfə olimpiya çempionu olmuş idmançı bir neçə gün öncə Sentral Kost Mariners"in "Makartur Saut Vest Yunayted"i 4:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununda meydana çıxıb və ilk qollarını vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı